Diablo

Diablo Sağlamlıq 4-08-2024, 23:00

Dünyada bir ilk: İnsana titan süni ürək taxıldı

Dünyada bir ilk: İnsana titan süni ürək taxıldı
Dünyada ilk tam mexaniki süni ürək transplantasiyası ABŞ-da həyata keçirilib.

Take.az bildirir ki, ABŞ-ın Texas ştatında səhiyyə və texnologiya sahəsi üçün tarixi addım atılıb.

Ürək çatışmazlığı olan xəstəyə mexaniki qapaq olmadan total süni ürək transplantasiyası aparılıb. "BiVACOR" şirkəti tərəfindən hazırlanmış maqnit texnologiyasına malik tam mexaniki ürək ilk dəfə insana implantasiya edilib.

Titan materialdan hazırlanmış bu süni ürək sürtünmə olmadan daha uzun müddət işləmək potensialına malikdir və saatda 12 litr qan pompalaya bilir.

Ürək, xəstəyə yeni bir ürək implantasiya edilənə qədər ehtiyat olaraq bütün bədənə qan pompalamaq üçün nəzərdə tutulmuşdur.

Ürək transplantasiyası gözləyən xəstə süni ürək quraşdırıldıqdan sonra 8 gün sağ qala bilib, daha sonra ona ürək transplantasiyası həyata keçirilib.

Bundan sonra sonra daha dörd xəstənin tədqiqata cəlb edilməsi planlaşdırılır.

ABŞ Milli Sağlamlıq İnstitutu təxminən 100 min xəstənin bu texnologiyadan faydalana biləcəyini proqnozlaşdırır. Dünyada təxminən 26 milyon insan ürək çatışmazlığı ilə mübarizə aparır və yeni texnologiya bu xəstələr üçün perspektivli bir həll təklif edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
303 251 239 205 274 207

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.