cabir

cabir Xəbərlər 5-08-2024, 15:30

Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlarda 14 nəfər ölüb

Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlarda 14 nəfər ölüb
Pakistanın şimal-qərbində musson yağışlarının səbəb olduğu daşqınlarda 14 nəfər həyatını itirib. Sun.Az xəbər verir ki, ölkənin Hayber-Paxtunxva əyalətində yağan musson yağışları daşqınlara səbəb olub.

Fövqəladə Hallar Xidmətinin sözçüsü Bilal Faizi bildirib ki, sel fəlakəti zamanı yuxuda qalan ailədən 3 qadın, 7 uşaq və 1 kişinin cəsədi Paxtunxvanın Kohat bölgəsində tapılıb.

Faizi eyni vilayətin Hanqu və Bajur bölgələrində 3 nəfərin öldüyünü bildirib.

Səlahiyyətlilər gələn həftə yağışların ölkənin bir sıra bölgələrində daşqınlara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Hər il iyun-sentyabr ayları arasında musson yağışları Pakistana böyük ziyan vurur.

2022-ci ildə Pakistanda daşqın nəticəsində 1739 nəfər ölüb. Hökumət daşqının ölkəyə 30 milyard dollardan çox ziyan vurduğunu açıqlayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
185 209 165 197 177 167

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.