Nigeriyada Boko Haram əməliyyatı nəticəsində 8 terrorçu zərərsizləşdirilib
Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terror təşkilatı Boko Haram-a qarşı keçirilən əməliyyatda 8 terrorçu məhv edilib. Sun.Az xəbər verir ki, Nigeriya Ordusu Boko Haramın Borno əyalətində polis bölməsinə hücumundan sonra terrorçulara qarşı əməliyyat keçirildiyini açıqlayıb.
Əməliyyat zamanı 8 terrorçunun zərərsizləşdirildiyi və terrorçulara məxsus silah-sursatın ələ keçirildiyi bildirilib.
Ötən gün Boko Haram üzvlərinin Borno əyalətinin Konduqa bölgəsində polis bölməsinə hücumu nəticəsində bir polis məmuru və bir qadın həlak olub.
Terror təşkilatı 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirib. Təşkilatın Çad Gölü hövzəsindəki hücumlarında ən az 2 min adam həyatını itirib.