cabir

cabir Maraqlı 6-08-2024, 12:30

Arvadı ola-ola evlənmək istəyən azərbaycanlının başına OYUN GƏLDİ

Arvadı ola-ola evlənmək istəyən azərbaycanlının başına OYUN GƏLDİ
Rusiyanın Nijni Novqorod vilayətində Azərbaycan Respublikası vətəndaşı başqa qadınla nikahda ola-ola evlənməyə cəhd edib Sun.Az lent.az-a istinadən bildirir ki, 2022-ci ilin avqustunda azərbaycanlı kişi sevgilisi ilə ailə qurmaq niyyəti ilə Dzerjinsk qeydiyyat şöbəsinə ərizə verib. Eyni zamanda o, subay olması ilə bağlı dövlət qurumuna saxta arayış təqdim edib. Əslində o, 2006-cı ildən Azərbaycanda ailə qurub.

Əcnəbi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 327-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulan cinayətdə - bilərəkdən saxta sənəddən istifadə etməkdə ittiham olunub. Bu il iyulun 30-da azərbaycanlıya 15 min rubl (təxminən 298 manat) cərimə kəsilib.

Həmin şəxsə qarşı cinayət işinə xitam verilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
271 229 249 206 245 221

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.