cabir

cabir Xəbərlər 6-08-2024, 17:30

Ruslar Ermənistandan imtina edir, Bakını seçir

Ruslar Ermənistandan imtina edir, Bakını seçir
Rusların Ermənistana turist kimi səfərlərində azalma baş verib. Sun.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin altı ayı ərzində ruslar turist kimi xaricə 4,9 milyon səfər edib ki, bu da bir il əvvəlkindən (4,1 milyon səfər) 20% çoxdur. Rusiyalıların turizm məqsədilə ən çox getdikləri ölkələr arasında Türkiyə, BƏƏ, Misir, Tailand və Çin var.

İlk onluqda Ermənistan, Azərbaycan, Özbəkistan və Gürcüstan da yer alıb.

Rusların ən çox səfər etdiyi ölkə Türkiyədir - 6 ay ərzində 2,5 milyon səfər. Bu, ötən illə müqayisədə 9,4% çoxdur.

Ermənistana isə ötən ilin ilk 6 ayında 545,7 min səfər olmuşdusa, bu il 17 faiz azalaraq, 452,8 minə düşüb. Əvəzində rusların Azərbaycana səfəri 26% artaraq 340 minə qalxıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
202 216 212 199 208 155

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.