ice berg

ice berg Şeirlər 7-08-2024, 23:00

Gedirəm

Gedirəm
İndi deyirsən ki, günah səndədir,
Günahı boynuma alıb gedirəm.
Mən axı, nəyini sevmişdim sənin?
Düşünə-düşünə dalıb gedirəm.

Bir ovuc kül idin, ocağın oldum,
Üşüyən ruhunun qucağı oldum,
Ömrünün ən şirin, xoş ocağı oldum,
Özüm öz qədrimi bilib gedirəm.


Gəlmişdin üstümə dərdlə, kədərlə,
Dedim insandır da, tutdum min əllə,
Hardan biləydim ki, bu “məsum” üzlə,
Nələr gizlədibsən, duyub gedirəm.

Günəşim sanmışdım baxışlarını,
Sonradan öyrəndim “naxışlarını”,
Ağlayan sevgimin göz yaşlarını,
Peşman qollarıma silib gedirəm.


Arzular böyütdüm, baxıb görmədin,
Başıma tac etdim, dəyər bilmədin,
Tanıdım, utandım, sənsə ölmədin,
İçimdə min dəfə ölüb gedirəm.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
877 746 810 696 698 695

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.