nzeyniyev

nzeyniyev Şeirlər 8-08-2024, 21:30

Nə olar?

Nə olar?
Qəbahətin böyüksə əfv diləmə zamandan,
Bir damla göz yaşıda tökməyəsən yalandan.
Bilirsən tənha olur şeir yazan adamlar,
Dünya səndən incisə, küssə güya nə olar?!


Min il əvvəldən belə məhkumuq qaranlığa,
Düşünməkdən ölürük sanki hər bir anlığa.
Mən də olsam dözməzdim elə bu saxtalığa,
Mən özümdən küsmüşəm, dünya küssə nə olar?!

Qışqırsanda səsini yoxdu duyan kimsələr,
Fələyin oyununa çoxdu uyan kimsələr.
Yaşanacaq ömür var, hələ gör nələr-nələr,
Bütün cahan əlini səndən üzsə nə olar?!


Bağışlayan Allahdı, özümüz olmasa da,
Min məclislər içində sözümüz olmasa da.
Bu dünyanın payından gözümüz doymasa da,
Həyat sənin yoluna çiçək düzsə nə olar?!

• Nail Zeyniyev

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
398 390 310 297 301 313

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.