ice berg

ice berg Gözəllik 9-08-2024, 13:40

Hər dövrün özünəməxsus gözəllik qanunları…

Hər dövrün özünəməxsus gözəllik qanunları…
Misir

Qədim misirlilər qadınlarda uzun ayaqlara üstünlük verirdilər. İdeal qadın enli çiyinli və biraz əzələli olmalı idi. Misirlilər kosmetikadan olduqca çox istifadə edirdilər. Dodaqlarını diqqəti cəlb edən rəngli boya, gözlərini isə qara rənglə boyayırdılar.

Yunanıstan

Qədim yunanlarda isə əsas qadının gözəlliyi deyil, onun fiziki gücü önəmli idi.

Roma

Romada donqarlı burun aristokratlıq əlaməti idi. Orta əsrlərdə boylarının hündür görsənməsi üçün nəcib qadınlar alına qədər saçlarını kəsirdilər. Qədim şəkillərə baxsaq qadınların sinə hissələrinin çox balaca olmasını görürük. Həmin dövrlərdə nəcib qadınlar karsetdən istifadə etdikləri üçün karsetlə sinələrini bacardıqları qədər sıxırdılar.

Fransa

İntibah dövründə nəinki inkişaf, zövqlər də dəyişdi. İdeal qadın sarışın və kürənlər hesab olundu. Yumru və enli çiyin, uzun boğaz, dolu bədən quruluşlu xanımlar gözəl qadın kimi qiymətləndirilirdilər.

Daha sonra dəbə Rokoko- XVII əsrdə yaranmış Fransız incəsənətinə aid memarlıq və incəsənət üslubu gəldi. Yumru sifətli, xırda burun və dodaqlı xanımlar gözəllik etolonu hesab ediirldilər. Qırmızı rəngə boyanmış uşaqsifətli və dolu bədənli qadınlar cəlbedici sayılırdı.

XIX əsrdə dolu qadınların dövrü idi.

XX əsrində 20-ci illəri isə modaya dəyişiklik gətirdi. Artıq dəbə zərif, incə,qara kölgəli makiyaj, qısa saçlı xanımlar gəldi. Gözəl xanım dedikdə, göz önündə zərif, arıq, incəbelli xanım canlanırdı.

Hal-hazırda ideal gözəl xanım 90-60-90 standartına uyğun olmaqdır. XXI əsrdə iri dodaqlar, böyük sinə və uzun ayaqlara sahib qadınlar cazibədar hesab olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
299 332 208 233 256 267

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.