n2006

n2006 Avto Dünya 9-08-2024, 11:32

Sükan arxasında telefon aludəçiliyi psixi pozğunluq əlamətidir – TƏDQİQAT

Sükan arxasında telefon aludəçiliyi psixi pozğunluq əlamətidir – TƏDQİQAT
Dünyada hər il on minlərlə insan sükan arxasında telefonla danışan və ya yazan sürücülərin qurbanına çevrilir. Ən sərt cəzalar belə bir çox sürücünü bu zərərli vərdişdən çəkindirə bilmir. Səbəb də artıq məlum olub: xəstəliyi cərimə ilə sağaltmaq mümkün deyil.

LoaDinG.Az xəbər verir ki, “Plos One” elmi jurnalında mobil telefondan vaxtaşırı istifadə edən sürücülərlə bağlı tədqiqatın nəticələri dərc edilib. Bir neçə ölkədə minlərlə sürücü üzərində aparılan sınaqlar problemin psixoloji aspektlərini ortaya qoyub.
Məqalə müəlliflərinə görə, sükan arxasında telefon aludəçilərində makiavellizm, narsisizm və hətta psixopatiya kimi ciddi pozğunluqlar aşkara çıxıb. Mesajlaşmaq və danışmaq aludəçiliyi əksər hallarda diqqəti özünə çəkmək, özünün vacib şəxs olduğunu göstərmək istəyi və utanmaq hissinin itməsi ilə müşayiət olunur. Bu tip sürücülər telefonun yaratrdığı təhlükələrlə bağlı xəbərdarlıqlara əhəmiyyət vermir, yalnız özlərini düşünürlər.

Məqalə müəllifləri sonda bir sual da qoyurlar: “Telefon aludəçisi olan bütün sürücülər psixopatdırmı? Bu məsələdə HƏ cavabı verərək çox da irəli getmək doğru olmaz. Lakin bir məsələni başa düşmək lazımdır ki, cəmiyyətlər get-gedə daha çox fərdilərşir”.
Göründüyü kimi, telefon aludəçiliyi problemini polis təkbaşına həll edə bilməz. Axı hansısa psixi problemin müayinə və müalicəsi qışın soyuğunda, yayın istisində xidmət aparan polis nəfərinin vəzifəsi deyil.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
293 268 220 235 274 279

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.