Düşün bir gün olmayacam
Düşün bir gün olmayacam.
Baxmayacaq kimsələr, mənim kimi üzünə,
Dəyişməzdim mən səni lap mininə, yüzünə.
Düşün bir gün əlini özgələri tutacaq,
Mənim əlim deyil ki, tikan kimi batacaq..
Oxşayacaq saçını çirkə bulanmış əllər,
Nə qədər ayrılıq var, baxıb bizə gülərlər.
Düşün bir gün dizlərin yavaş-yavaş çökəcək,
Daşa dönmüş ürəyin, bütün ayrılıqları ətəyindən tökəcək.
Yazdığım məktubları yandırıb ya atacam,
Canın sağolsun deyib, eh, ağlayıb, yatacam.
Gözlərin axtaracaq mənə gələn yolları,
Gəzəcəksən bəlkə də mən gedən limanları..
Kimə soruşsan əgər bütün dillər susacaq,
Məndən səndən xatirə göz yaşlarım çatacaq.
Düşün bir gün olmayacam.
Xəyalını qurduğum o evi görəcəksən,
Atdığın hər addıma özün incinəcəksən.
Dözə bilməsən əgər yalvarışlar səsinə,
Harayına çataram axı qəlbiyumşağam.
Sən qəfəs də durmazsan, uçarsan özgəsinə,
Bəs niyə aldadırsan? axı məndə uşağam..
Düşün daha yoxam mən, bu sonuncu vidamdır,
Bütün şeirlərimə ən qüvvətli nidamdır.
• Nail Zeyniyev