ice berg

ice berg Şeirlər 9-08-2024, 19:19

Küsdü

Küsdü
Mən hansı yağışda islandım belə
Gözümün yaşı da gözümə küsdü
Yadların minnətli nəvazişiylə
Bütün özümkülər özümə küsdü

Bu nə cür bir ildi, necə fəsildi?
Ürəyim ruhuma düşmən kəsiıdi
Sağ əlim soldakın günahkar bildi
Sol gözüm sağdaki gözümə küsdü

Eh nələr çəkmədi bəlalı başım
Bilmirəm niyəsə ağırdı daşım
Dünyanı keçərkən ruhani yaşım
Fələk də məndəki dözümə küsdü

Görən gəncliyimi itirdim harda
Əllərim qandalda, boğazım darda
Bir yandan incidi sevgili yar da
Bir yandan qələmim sözümə küsdü


Üzün turşudan kim, ağız əyən kim
Dağ boyda dərdimə gözün döyən kim
Arxamca söyən kim, üzə deyən kim
Bir Allah vurmadı üzümə, küsdü..


— Zamiq Kovseri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
337 299 239 229 199 261

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.