nzeyniyev

nzeyniyev Şeirlər 9-08-2024, 16:30

"Səni" şeiri

"Səni" şeiri
Gecədən uzundur ayrılıqların,
De, hansı yollarda arayım səni?
Hansı limanlara gözümü dikim,
Axtarıb, tapmayır harayım səni.

Bu yükün altından təmiz çıxmadıq,
Qayıdıb üz-üzə dönüb, baxmadıq.
Nə yalan, nə gerçək "biz" heç olmadıq,
Hansı xatirəyə calayım səni?

Özümə xeyirsiz adamam indi,
Üstümə tənhalıq qoxusu sindi.
Uzaqda duyduğum sənin səsindi,
Yuxuda saçını darayım sənin.

Göz yaşım badəmə hər gün qonaqdır,
Bütün xatirələr sönən ocaqdır.
Gedənlər bəs nə vaxt qayıdacaqdır?
Hansı od içində qalayım səni?

• Nail Zeyniyev

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
355 380 295 256 245 285

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.