ice berg

ice berg Xəbərlər 10-08-2024, 09:33

ŞOK İDDİA: Bu ölkə ABŞ-ın 51-ci ştatı olacaq

ŞOK İDDİA: Bu ölkə ABŞ-ın 51-ci ştatı olacaq
Britaniya və ABŞ arasında imzalanan AUKUS müqaviləsinin Avstraliyanı ABŞ-ın 51-ci ştatına çevirəcəyi iddia edilib.

Loading.aZ xəbər verir ki, bu barədə Avstraliyanın sabiq baş naziri Paul Keating Avstraliyada yayımlanan ABC telekanalına danışıb.

O, ABŞ, İngiltərə və Avstraliyanın daxil olduğu və nüvə sualtı texnologiyası sahəsində əməkdaşlığı nəzərdə tutan müqavilənin ölkəsini hədəfə çevirdiyini bəyan edib.

Keating bildirib ki, ABŞ müqavilə çərçivəsində bütün Avstraliyada bazalar açacaq: "AUKUS-un əsas məqsədi Avstraliya üzərində hərbi nəzarət qurmaqdır. Sonda nə olacağını bilirsinizmi? Avstraliya ABŞ-ın 51-ci əyaləti olacaq".

Avstraliyanın özünü müdafiə edə biləcəyini də ifadə edən sabiq baş nazir "ABŞ-ın arxasında asılan bir cüt ayaqqabı olmağa ehtiyac yoxdur" deyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
250 185 185 166 190 222

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.