ice berg

ice berg Avto Dünya 10-08-2024, 13:30

Elektrikli avtomobillərin əsl mənzili məlum olub - ARAŞDIRMA

Elektrikli avtomobillərin əsl mənzili məlum olub - ARAŞDIRMA


Avropada aparılan yeni bir araşdırma nəticəsində elektrikli avtomobillər üçün qoyulan sürüş məsafəsinin real şərtlərə uyğun olmadığı üzə çıxıb.

Loading.aZ xəbər verir ki, “AUTOBEST” şirkətinin “EcoBest Challenge” adlı araşdırması zamanı 13 elektrikli avtomobili akkumulyatorları bitənə qədər sürüblər.

13 istehsalçıdan 65 min avrodan ucuz olan avtomobil modeli üzərində aparılan testin nəticələri heç də ürəkaçan olmayıb.

Bu zaman 600 km mənzili olduğu bildirilən “Tesla Model Y” 438 km, 406 km mənzili olduğu bildirilən “FIAT 600e” 313 km, 617 km mənzili “Volkswagen ID.7” isə 476 km məsafə qət edə bilib.

Elan edilmiş mənzilə ən yaxın məsafəni 98,9 %-lə “Audi Q4 Sportback 45 e-tron” verə bilib.

Bu modeli 87,9 %-lə “BMW i5 Touring”, 85,9 %-lə “Kia EV9” və 83,2 %-lə “Opel Corsa” izləyib.

Elan edilmiş mənzilə ən uzaq məsafəni verən model 73 %-lə “Tesla Model Y” olub. “FIAT 600e” 77 %, “Volkswagen ID.7” isə 77,1 % uyğunluq dərəcəsi ilə siyahının sonunda yer alıb

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
281 292 244 258 241 264

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.