Şarl Bodlerin etüdləri "4"
Səyyah
– Hamıdan çox kimi sevirsən, qəribə adam? Atanı, ananı, bacını, qardaşını?
– Mənim nə atam, nə anam, nə bacım, nə qardaşım var.
– Dostlarını?
– Siz mənası hələ də mənə məlum olmayan sözlər deyirsiniz.
– Vətəni?
– Mən bilmirəm, Vətən axı, hardadı?
– Gözəlliyi?
– Mən onu yalnız İlahi, əbədi bir obrazda sevərdim.
– Qızılı?
– Mən ona nifrət eləyirəm, sizin, Tanrını görməyə gözünüz olmadığı kimi.
– Bəs nəyi sevirsən, qəribə səyyah?
– Mən buludları sevirəm, uçan buludları, möcüzəli buludları!