ice berg

ice berg Xəbərlər 11-08-2024, 13:20

"Temu" şirkətinin qurucusu Çinin ən zəngin insanı seçilib

"Temu" şirkətinin qurucusu Çinin ən zəngin insanı seçilib
"Pinduoduo" və onun törəmə şirkəti "Temu"nun yaradıcısı Kolin Huan Çinin ən varlı insanı seçilib.

Loading.aZ xəbər verir ki, bunu "Bloomberg Billionaires Index"in (BBI) məlumatları sübut edir.

Milyarderin 2024-cü il avqustun 9-na olan sərvəti 48,6 milyard dollar olaraq qiymətləndirilir.

Bundan əvvəl, üç ildən artıqdır ki, ÇXR-in ən varlı adamı adı Çjun Şanşana məxsus idi. Sahibkar "Nongfu Spring" qablaşdırılmış suyu sataraq sərvət qazanıb. Hazırda onun aktivləri 47,4 milyard dollar dəyərində qiymətləndirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
173 209 171 218 174 161

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.