nzeyniyev

nzeyniyev Şeirlər 12-08-2024, 10:30

Şeir

Şeir
Ruhuma çöküb bütün
dünyanın kiri, pası.
Adamı tez öldürür,
bu yerlərin havası.

Günəş işıqlarını
gözləyirəm gecədən.
Hələdə yatmamışam,
gör ki, saat neçədən.

Yenə bağışlayıram,
qapımı döyənləri.
Bəs necə bağışlayım?
ömrümü yeyənləri.

Yorğunluğum başıma,
bəladı bu aralar.
Elə bil and içiblər,
məni işə salalar.

Umacağım nə varki?
darıxmaqdı nisgilim.
Başıma daş düşəydi,
quruyardı kaş dilim..

• Nail Zeyniyev

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
318 309 296 303 252 241

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.