n2006

n2006 Sağlamlıq 12-08-2024, 14:42

Meyvəni günün hansı vaxtı yeyək?

Meyvəni günün hansı vaxtı yeyək?
Meyvə və tərəvəzlər müxtəlif vitaminlər, minerallar, orqanik turşular, bioflavonoidlər, antioksidantlar və s. faydalı maddələrlə olduqca zəngindir. Alimlər meyvə və tərəvəzləri ən faydalı qida məhsulları hesab edir və onları hər gün qidalanmaya daxil etməyi tövsiyə edirlər. Həkimlərin fikrinə görə, hər gün 500 qr müxtəlif meyvə-tərəvəz yeyən insan özünü bir çox xəstəliklərdən qoruya bilər. Lakin meyvələrdən fayda almaq üçün onları düzgün qəbul etmək lazımdır

loading.az meyvə qəbulunun düzgün qaydalarını sizə təqdim edir:



– Meyvələri digər qida ilə qarışdırmayın.

– Meyvələri yeməkdən ən azı 40 dəqiqə əvvəl və ya ən azı 40 dəqiqə sonra yemək olar.

– Həkimlər mədə-bağırsaq sistemi xəstəlikləri olan insanlara meyvələri yeməkdən əvvəl deyil, yeməkdən sonra yeməyi tövsiyə edirlər.

– Meyvələri doğramayın, dişləyə-dişləyə yeyin. Bu, diş və damaqların sağlamlığı üçün çox vacibdir. Bu zaman damaqlar massaj olunur, onların qan dövranı yaxşılaşır, dişlərin üzərində olan ərp təmizlənir. Həmçinin, meyvələrin doğranması onlarda vitaminlərin azalmasına səbəb olur.

– Meyvələri faydalı olmağına baxmayaraq, həddindən artıq yemək olmaz. Bu, ishala, köpə, qarın ağrılarına və s. kimi pozulmalara səbəb ola bilər.

– Meyvə şirələrini hazırladıqdan dərhal sonra içmək lazımdır. Əks halda onlar öz faydalı xüsusiyyətlərini itirir. Həmçinin, uzun müddət, hətta soyuducuda qalmış meyvə şirəsi zəhərlənməyə səbəb ola bilər.

– Həkimlərin fikrinə görə, meyvələr mütləq səhər yeməyinə daxil edilməlidir. Alimlər də hesab edir ki, ideal səhər yeməyi hər hansı sıyıqdan, kəsmikdən (yoqurt, yumurta ilə əvəz etmək olar) və meyvələrdən ibarət olmalıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
221 247 229 206 193 166

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.