ice berg

ice berg Programlar 13-08-2024, 09:52

Ruslar "YouTube"dan pul qazana bilməyəcək

Ruslar "YouTube"dan pul qazana bilməyəcək
"Google" Rusiyadan olan blogerlər üçün "YouTube"da monetizasiyanı (pul qazanmaq - red.) tamamilə ləğv edib.

Loading.aZ yazır ki, bu barədə şirkət Rusiya Federasiyasından xidmət istifadəçilərinə göndərdiyi məktubda məlumat verib.

"Biz yerləşdiyi ölkə Rusiya olan bütün "AdSense" hesablarını deaktiv edirik. Bu o deməkdir ki, siz belə hesablar vasitəsilə monetizasiya gəliri əldə edə bilməyəcəksiniz", - deyə, "Google Payments" mesajında bildirilib.

Şirkət hesabın ödənişlərin qəbulu dayandırılmadığı və ödəniş həddinə çatmadığı təqdirdə blogerlərin iyul üçün qazanclarının avqustun 21-dən 26-a qədər ödəniləcəyini açıqlayıb.

Qeyd edək ki, 2022-ci ilin martında yutub Rusiya istifadəçiləri üçün bütün video hostinqin monetizasiya funksiyalarını dayandırıb. Bundan əlavə, Premium və Music Premium abunəlikləri, həmçinin sponsorluq, supersöhbət, superstikerlər Rusiyadan olan istifadəçilər üçün əlçatmaz olub

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
281 338 242 246 218 217

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.