ice berg

ice berg Xəbərlər 16-08-2024, 21:00

3 gün sonra ilk Super Ay görünəcək

3 gün sonra ilk Super Ay görünəcək
Avqustun 19-da 2024-cü ilin ilk Super Ayı müşahidə olunacaq.

Loading.aZ xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Qeyd edilib ki, bu Super Ay Mavi Super Aydır. Ayın mavi çalarda görünməsi çox nadir hallarda vulkan püskürməsi zamanı yaranmış toz səbəbli baş verə bilər.

Super Ay adlandırılan bu hadisə zamanı Ay 14% böyük və 30% parlaq görünür. 19 Avqustda Ay saat 19:41-də doğacaq və səhər saatlarınadək görünəcək və bu zaman Yerlə Ay arasındakı məsafə 361 969 km olacaq.

Qeyd edək ki, ilin sonunadək 18 sentyabr, 17 oktyabr və 15 noyabrda daha 3 Super Ay müşahidə olunacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
295 216 300 244 281 295

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.