ice berg

ice berg İslam Dini 20-08-2024, 17:00

Kərbəlaya Ərbəin ziyarətinə gedə bilməyən adam öz vətənində hansı müstəhəb əməlləri edə bilər?

Kərbəlaya Ərbəin ziyarətinə gedə bilməyən adam öz vətənində hansı müstəhəb əməlləri edə bilər?
İmam Hüseyn (ə) və silahdaşlarının Aşura günündə Kərbəlada faciəli şəkildə şəhid edilməsindən sonrakı 40-cı günü dini mənbələrdə “ərbəin” adlandırırlar. Bu sözün ərəb dilindən tərcüməsi də “qırx” deməkdir. Səfər ayının 20-də qeyd edilən ərbəin günündə Kərbəlaya gedib İmam Hüseynin (ə) mübarək məzarını ziyarət etməyin böyük savabı var.

Son illərdə Ərbəin ziyarəti xüsusi izdihamla yerinə yetirilir. Ərbəin günündə Kərbəlada ola bilməyən şəxs öz vətənində də bu günü müstəhəb qaydada qeyd edə bilər. Ərbəin gecəsində dini kitablarda qeyd olunmuş “Ərbəin ziyarətnaməsi”ni oxumaq, Ərbəin günündə qüsl almaq, iki rükət müstəhəb namaz qılıb savabını Aşura şəhidlərinə hədiyyə etmək, “Aşura ziyarətnaməsi”ni oxumaq, İmam Hüseynin (ə) müsibətini yada salıb ağlamaq, hüznlü olmaq, “Səhifeyi-Səccadiyyə” kitabından bu gün üçün qeyd edilmiş 43-cü duanı oxumaq böyük savaba malikdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
328 344 333 311 296 330

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.