n2006

n2006 Maraqlı 22-08-2024, 19:30

Pion

Pion
Pion (lat. Paeonia) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinə aid bitki cinsi.

Bu bitki həkim Peonun şərəfinə adlandırılmışdır. Avropa və Asiyada Pion fəsiləsinə aid 40 növə yaxın çoxillik ot bitkisi məlumdur. Onlardan iki növ Şimali Amerikada geniş yayılmışdır: Vittman pionu (lat. Paeonia wittmanniana) — formaca sarı-ağ rəngli piyaləyə bənzəyən iri güllü, dərman pionu (lat. Paeonia officinalis) sadə qırmızı güllü, ağ güllü pion (lat. Paeonia lactiflora) iri ağ güllü bitkidir.

Pionlar pöhrələr vasitəsilə çoxalır ki, bu dövrdə gövdə də 3-4 tumurcuq və bir neçə kök yumrucuqları olur. Pionu əkərkən cücərtiləri elə basdırmaq lazımdır ki, tumurcuqlar torpağın üst səthində qalsın. Suvarılmadan sonra torpaq çökür və tumurcuqlar 3-4 sm dərinlikdə olur. Qışda pionlaın dibi yumşaldılır və 10-15 sm torf qatı ilə örtülüb, aqrotexniki qulluq göstərilir. Nazikyarpaq pion "Qırmızı kitab"a daxil edilmişdir. Bu növün gülçülükdə istifadəsi məqsədəuyğundur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
258 315 262 273 243 245

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.