40 illik “İdarəetmə Paneli” “Windows”dan silinir
“Microsoft Windows” gələcək versiyalarından İdarəetmə Panelini siləcək.
Loading.aZ xəbər verir ki, bu barədə “Neowin” portalı məlumat yayıb.
Bildirilir ki, “İdarəetmə Paneli” 1985-ci ildə, Windows 1.0 buraxılan zaman yaranıb.
Panel sistemi konfiqurasiya etmək, proqramları silmək, həmçinin istifadəçilərin əlavə edilməsi və digər hərəkətlər üçün lazımdır. Panelin silinməsi ilə bağlı şayiələr hələ 2011-ci ildə ortaya çıxmışdı.
“Neowin”ə görə, “Microsoft” 40 illik paneli “Personal kompyuterin ayarları” ilə əvəz etmək niyyətindədir.
Yenilik sayəsində istifadəçilər sistem parametrlərində dəyişiklik edə biləcəklər.