ice berg

ice berg Məsləhətlər 24-08-2024, 15:15

Kitabları və qəzeti televizorun yanına qoymayın – SƏBƏB

Kitabları və qəzeti televizorun yanına qoymayın – SƏBƏB
Bir çox insanlar televizorun yanında bir yığın kitab, qəzet və ya jurnal qoymağa üstünlük verir. Ancaq bu adi bir şey kimi görünsə də, təhlükəli vərdişdir. Cihazın yanında böyük miqdarda kağız olması faciəvi nəticələrə səbəb ola bilər.

Loading.aZ xəbər verir ki, televizoru uzun müddət işlətmək onun isinməsinə gətirib çıxarır. Nəticədə cihaz sıradan çıxıb, tüstülənə və bu da bədbəxt hadisə yarada bilər. Buna görə də televizorun yanında tez alışan materiallar qoyulmamalıdır.

Eyni səbəbdən, cihazı pəncərəyə (daha doğrusu, pərdələrə) çox yaxın quraşdırmaq böyük səhvdir.

Və ən vacib tövsiyə isə ondan ibarətdir ki, televizoru nəzarətsiz qoymayın. Söhbət həm də “gözləmə rejimi” adlanan rejimdən gedir. Televizora baxmağı bitirdiniz? O zaman söndürmə düyməsini basmaqla kifayətlənməyin, həm də televizoru elektrik yuvasından ayırın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
256 273 254 219 240 225

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.