n2006

n2006 Şeirlər 24-08-2024, 19:49

Əyər gözlərimin içindəsənsə…

Əyər gözlərimin içindəsənsə…
Yığışıb gözümün içinə köçdün,
Gözümə bir daha girən olmasın.
Sərirəm üstünə kipriklərimi,
Səni gözlərimdə görən olmasın.

Gözümün ağında yuxulayırsan,
Gözümün qarası sənə balıncdı.
Üstünə sərdiyim kipriklərim də,
Yuxumu kəsməyə neçə qılıncdı.

Gözümə çəkirəm baxışlarımı,
Baxıram nə zaman oyanacaqsan…
Yığıb saxlamışam göz yaşlarımı,
Yuxudan oyanıb yuyunacaqsan.

Gözlərin gözümdən boylanır nəsə,
Gözümün içindən görmürsən məni.
Əyər gözlərimin içindəsənsə,
Bəs niyə yollarda gəzirəm səni?..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
324 386 303 282 316 286

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.