cabir

cabir Xəbərlər 28-08-2024, 15:03

Bakının mərkəzində yenə su kəsiləcək - ÜNVANLAR

Bakının mərkəzində yenə su kəsiləcək - ÜNVANLAR
Avqustun 30-u gecə saat 00:00-dan başlayaraq gün ərzində Nəsimi, Xətai, Səbail rayonlarını içməli su ilə təmin edən d500 mm magistral xəttində təmir-bərpa işləri aparılacaq.

Bu barədə Sun.Az -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar Xətai rayonunun Neftçilər prospekti ərazisində, Yusif Səfərov küçəsinin bəzi yaşayış massivlərində, Səbail rayonunun Rəşid Behbudov, Bülbül, Puşkin, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Xaqani, Nizami küçələrinin bir hissəsində, Nəsimi rayonunun Şamil Əzizbəyov, Dilarə Əliyeva, 28 May, Rəşid Behbudov, Elman Ovçuyev, Puşkin, Mehdi Mehdizadə küçələrinin, Droqal döngəsi, Azadlıq prospektinin bir hissəsində suyun verilməsində fasilə yaranacaq.

Suyun əvvəlki rejimlə verilməsi 31 avqust gecə saat 00:00-dan sonra bərpa olunacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
267 257 206 231 229 217

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.