n2006

n2006 Şeirlər 4-09-2024, 09:00

Əyyami-Fatimə

Əyyami-Fatimə
Ananın pak misali Anamız Fatimədir,
Ən ləyaqətli,həyali Anamız Fatimədir.

Ana öz qayğı şəfasıyla verər ehsanını,
Az olar bu-ayağı altına qoysan canını.
Gəl xanımlıqda təcəssüm,O Xanımlar Xanımı,
Anamızdan da şəfali Anamız Fatimədir.



O Xədicəydi vəfasıyla bəzər dünyanı,
Cani Peyqəmbərə lütf etdi ədəb,ərkanı.
YARA göstərdi vəfasın-nə ki,var imkanı,
Fəqət ondan da vəfali Anamız Fatimədir.



Isməti cümleyi-aləmlərə bir məktəbdir,
San ki,əxlaqı səmadır,həyasi kövkəbdir.
*Ali Məsumə həya dərsi, *Ali Zeynəbdir,
Alilərdən daha Ali Anamız Fatimədir.



Zəhrə Peyqəmbərin həm madəri,həm övladi,
Qəlbi ən sadə olan,ruzigarı ən adi.
Düz demişlər ki,bu dünya cəfalı dünyadi,
Hamısından da cəfali Anamız Fatimədir.



Bir təmənna Əlidən etmədi dünyasında,
Vəliyullahə vəfadar idi sevdasında.
Ona başsağlığı verrik Onun öz yasında,
Ki,Hüseyninə əzali Anamız Fatimədir.
Allaha Fatimənin xətrinə and ver,Tofia,
Verən imana kamali Anamız Fatimədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
357 318 303 283 242 272

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.