Memmedova

Memmedova özünü 😕 yorğun hiss edir. Şeirlər 3-09-2024, 20:30

"Gedirəm"

"Gedirəm"
"GEDİRƏM"

Bu sonuncu şansın idi
Gedirəm mən gəlməyəcəm
Aparmıram gülüşümü
Uzaqlarda gülməyəcəm

Mən sənə alışmış idim
Özgəsini sevməyəcəm
Elə öldürdün ki məni
Bir də belə ölməyəcəm

Nə bu küləkli şəhəri
Nə də səni görməyəcəm
Bilirsən ki inadkaram
Mən sözümdən dönməyəcəm

Gizlənəcəm ayrılığa
Çağırsalar dinməyəcəm
Donub ölsəm faydası yox
Heç zaman isinməyəcəm.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
353 334 304 285 321 284

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.