"Mədəni" oğru evi təmizləyib getdi
Vaşinqtonda baş verən maraqlı oğurluq hadisəsi həm polisi, həm də məhəllə sakinlərini təəccübləndirib. Sun.Az xəbər verir ki, oğru evi təmizlik edərək tərk edib.
Eddi Andujonun evinə mətbəxin pəncərəsini sındıraraq daxil olan oğru əvvəlcə özü üçün yemək bişirib, sonra qabları yuyub, hətta Andujonun paltarlarını qatlayıb.
Oğru heç nə oğurlamadan evdən çıxıb, ancaq arxasında üzrxahlıq məktubu qoyub.
"Yemək lazım idi. Evinizə girdim. Məni bağışlayın. Yeməyinizi yedim, paltarımı yudum və duş aldım" ,- deyə o məktub yazıb.
Bölgədə analoji halların artması ilə əlaqədar olaraq polis K9 itləri ilə şübhəli şəxsi axtarsa da, nəticə verməyib.