Çində baş verən yol qəzasında 5 uşaq həyatını itirdi
Çinin şərqindəki Şandun əyalətinin Tayan şəhərində baş verən avtomobil qəzasında 5 uşaq dünyasını dəyişib. Sun.Az Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, faciə səhər saatlarında Tayan şəhərinin Dynpin kəndinin yerli məktəblərdən birinin qarşısında baş verib.
Bildirilir ki, məktəb avtobusu gözlənilmədən yolun kənarı ilə təhsil müəssisəsinə gedən insanların üzərinə çıxıb. Ölənlərin arasında 6 böyük və 5 uşaq var. Qəza zamanı daha 13 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Avtobusun sürücüsü saxlanılıb. Hadisənin səbəbləri araşdırılır.