n2006

n2006 Müxtəlif 9-09-2024, 09:00

“Osmanlı Tokadı” nın Tarixi

“Osmanlı Tokadı” nın Tarixi
“Osmanlı Tokadı” (Osmanlı Sillesi) qavramının nə zaman ortaya çıxdığı haqqında dəqiq rəvayətə rast gəlinməmişdir. Rəvayətlərdən biri Osmanlı bəyliyinin qurucusu olan Osman bəyin bir münaqişə nəticəsində hiddətlənərək qarşısındakinə əlinin içi ilə vuraraq öldürdüyündən bəhs edilir. Digər bir rəvayətdə isə 4-cü Muradın “Ayaq Divanı” adlı yazısında rast gəlinmişdir. Divanda Sədr Əzəm Hafiz Əhməd paşanın üzərinə hücum çəkən iki yeniçəri şilləsi ilə vuraraq öldürdüyündən söz açılmaqdadır.

Hansı rəvayətin doğru olması ya da bir başqa rəvayətin geçərliliyi haqqında tam məlumat olmasa da tarixi qaynaqlarda Osmanlı ordu üzvlərinin əllərindəki qılıncdan sonra ən qiymətli silahının şillələri olduğu deyilir. Bu qüvvətli əl zərbəsi vurulma şəklinə və zamanına görə qarşıdakını yerə yıxmaq, huşunu başından almaq, qulaq pərdəsini deşmək və hətta öldürmək kimi gücə sahib olmuşdur.

Güclü təsirə sahib olan bu zərbə əl və qol bükülmədən, ovuc tam açılmış şəkildə, xüsusi ilə yanaqlara, göz çuxuruna və burnun uc hissəsinə vurulurdu. Nəticədə göz çuxuru ilə burun arasında qalan boşluqda sümük hissəcikləri beyinə doğru hərəkət edərək ölümə səbəb olmuşdur. Bu zərbələr bəzən də boyun qırılmalara yol açaraq ölümü qaçılmaz edirmiş.


Bu vuruş şəklinin öyrənə bilmək üçün gənclər uşaq yaşlarından yağlanmış daşlar üzərində məşqlər edərək döyüşlərə hazırlanmışlar. Arxeoloji qazıntılarda “Osmanlı Tokadının” gücünü ortaya qoyan bir sıra dəlillər əldə edilmişdi. Bunlardan bəziləri Osmanlı əsgərlərinin düşmən atlarının kəllə sümükləri üzərində, bəziləri insan kəllələri üzərində, bəzi tapıntılarda hətta metal qablar üzərində aşkar edilmişdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
296 319 231 240 225 273

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.