n2006

n2006 Maraqlı 11-09-2024, 08:00

Sudan Sonra Barmaq Uclarında Buruşma…

Sudan Sonra Barmaq Uclarında Buruşma…
İnsan bədənindəki hər bir orqanın öz funksiyasının olduğu sirr deyil. Məsələn, hətta bədənimizdəki ən kiçik tüklərin belə öz vəzifəsi vardır və bu yazımızda bir daha bunun şahidi olacağıq.

Bədənimiz görünən və görünməyəcək qədər kiçik tüklərlə örtülüdür və bu tüklər bizi bəzən günəş şüalarından, bəzən mikroblardan, bəzən soyuqdan bəzən də digər mənfi təsirlərdən qoruyur. Bədənimizdəki tük örtüyünün dibləri keratinlə zəngin yağ təbəqəsindən ibarətdir. Bu yağ təbəqəsi qorucuyu örtük yaradaraq mayenin (su və digər) dəri altınna sızmasına mane olur. Ancaq, bildiyimiz kimi barmaq ucları və dabanlarımız kimi yerlərdə tüklər yoxdur. Nəticədə bu bölgələr zəngin yağ təbəqəsi ilə örtülü deyil və bədənimizin bu hissəsi özünü islanmadan qoruya bilməyərək suyu dərinin altına keçirir. İslanmış dəri şişməyə başladığı üçün onun üzərində buruşuqlar meydana gələr və bu buruşuqlar su tamamı ilə buxarlandıqdan sonra ortadan qalxar.

Yəni, barmaq uclarımız və dabanlarımız uzun müddət suda qaldıqdan sonra buruşmağa başlaması bədənimizin həmin hissəsində tüklərin, daha doğrusu yağ təbəqəsinin olması ilə əlaqəlidir. Eyni zamanda insan əllərində yağ təbəqəsinin heç olmadığını da demək doğru olmazdı. Ancaq, barmaqlarımızın tek-tez yuyulması, ətraf mühitlə sız təmasda olması onun üzərinin yağ təbəqəsi ilə örtülməsinə mane olur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
289 267 176 228 204 168

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.