cabir

cabir Xəbərlər 8-09-2024, 14:30

"Nikosayağı" qəzaya düşdüyü avtomobilinin nömrəsini satışa çıxardı - MƏBLƏĞ

"Nikosayağı" qəzaya düşdüyü avtomobilinin nömrəsini satışa çıxardı - MƏBLƏĞ
"Nikosayağı" kimi tanınan bloger Nicat Şakirli qəzaya düşdüyü "Porsche" markalı avtomobilinin nömrəsini satışa çıxarıb. Sun.Az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, satışa çıxarılan nömrə 10 GR 005 dövlət qeydiyyat nişanıdır.

Təcili satışa çıxarılan nömrə 16 min manata təklif olunur.

Qeyd edək ki, bir müddət əvvəl isə avtomobilin ehtiyat hissələri çıxarılaraq ayrı-ayrılıqda satılıb.

Xatırladaq ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. N.Şakirli isə ağır xəsarət alıb, onun sağ qolu dirsəkdən amputasiya olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
234 237 240 209 170 231

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.