Ermənistan diplomatik pasport sahibləri üçün Tunislə vizasız rejimə keçir
Ermənistan parlamentinin xarici əlaqələr komitəsi Xarici İşlər Nazirliyinin təqdim etdiyi diplomatik pasport sahibləri üçün Tunislə viza rejiminin ləğvi haqqında qanun layihəsini təsdiqləyib. Sun.Az xəbər verir ki, Xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan Ermənistan və Tunis arasında əlaqələrin inkişaf üçün böyük potensiala malik olduğunu bildirib. O, Tunisi Ermənistanın Şimali Afrika regionundakı dostu və Beynəlxalq Frankofoniya Təşkilatı çərçivəsində mühüm tərəfdaş kimi xarakterizə edib.






