Rusiyanın Lvova raket hücumu nəticəsində 5 nəfər ölüb
Rusiya ordusunun Ukraynanın Lvov şəhərinə həyata keçirdiyi raket hücumunda 5 nəfər ölüb, çoxlu sayda yaralı var. Sun.Az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski X hesabında verdiyi açıqlamada Rusiya ordusunun Lvov şəhərinə raket hücumu həyata keçirdiyini bildirib.
Zelenski, mövcud məlumata görə, hücum nəticəsində biri uşaq olmaqla 5 nəfərin öldüyünü, 30-dan çox insanın isə yaralandığını bildirib və əlavə edib.
Rusiya ordusunun Kriviy Riq şəhərinə də raket hücumu həyata keçirdiyini qeyd edən Zelenski bu hücumda 5 nəfərin yaralandığını qeyd edib.
Rusiyanın Ukrayna şəhərlərinə hücumlarını terror aktları kimi xarakterizə edən Zelenski dünyanı bu hücumların qarşısını almaq üçün Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.