cabir

cabir Xəbərlər 9-09-2024, 19:44

2500 illik qızıl boyunbağı Türkiyə rəsmilərinə qaytarılıb

2500 illik qızıl boyunbağı Türkiyə rəsmilərinə qaytarılıb
ABŞ muzeyində sərgilənən 2500 illik qızıl boyunbağı Türkiyə rəsmilərinə qaytarılıb. Sun.az xəbər verir ki, Türkiyədən qaçaqmalçılıq yolu ilə gətirilən və ABŞ-nin Boston şəhərindəki bir muzeydə uzun illər sərgilənən Lidiya dövrünə aid təxminən 2500 illik qızıl boyunbağı Türkiyənin Bostondakı Baş Konsulluğunda təşkil edilən rəsmi mərasimlə Türkiyə rəsmilərinə təhvil verilib.

Böyük əhəmiyyət kəsb edən tarixi əsərin təhvil-təslim mərasimində Türkiyənin Boston baş konsulu Murat Uğurluoğlu, Nyu-York Mədəniyyət və Tanıtma Attaşesi Hilal Dəmirəl və Boston Gözəl Sənətlər Muzeyinin rəsmiləri iştirak ediblər.

Nyu York Mədəniyyət və Tanıtım Attaşesi Hilal Dəmirəl verdiyi açıqlamada boyunbağının təxminən 20 santimetr uzunluğunda qızıl və karneli daşlarından hazırlanmış nar formalı muncuqlardan ibarət olduğu barədə məlumat paylaşıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
187 206 150 172 184 230

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.