cabir

cabir Xəbərlər 11-09-2024, 15:00

Ləğv edilən universitetin diplomu keçərlidirmi? - Açıqlama

Ləğv edilən universitetin diplomu keçərlidirmi? - Açıqlama
Ölkənin məşhur ali təhsil müəssisələrindən biri olan Naxçıvan Universiteti bir neçə gün əvvəl fəaliyyətini dayandırıb. Son 15 il ərzində istər özəl, istərsə də dövlət ali təhsil müəssisələri arasında fəaliyyətini dayandıranlar olub. Təbii ki, bunlar müasir dövrün tələbləri ilə uyğunlaşmayan universitetlərdir, buna görə də onlar əmək bazarından bilavasitə çıxacaqlar. Qeyd edək ki, təsisçiləri özəl sektor olan ali təhsil müəssisələri, təbii ki, gəlirlərini daha çox tələbələrin ödədikləri təhsil haqları ilə formalaşdırdıqları üçün onların tələbə qəbulu zəifləyən kimi universitetlərin fəaliyyəti müəyyən qədər sual altına düşə bilir. Bağlanan universitetlər tərəfindən verilən diplomlar keçərlidirmi?

Mövzu ilə bağlı Sun.Az -a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı Elmin Nuri bildirib ki, ləğv edilən universitetin diplomları sonradan hüquqi aspektdən keçərli hesab edilir.

"Çünki həmin diplomlar ali məktəb qanuni surətdə fəaliyyət göstərdiyi müddətdə, yəni, ona verilən dövlət lisenziyasının etibarlı sayıldığı müddətdə verildiyi üçün qanuni hesab edilir. Bu etibarlılıq həmin ali təhsil müəssisəsi fəaliyyətini sonradan dondurduğu halda belə qüvvəsində qalır."

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
225 203 193 207 222 205

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.