cabir

cabir Xəbərlər 12-09-2024, 15:36

"Qazaxdan Naxçıvana qədər bufer zona yaratmaq lazımdır" - Hərbi ekspert

"Qazaxdan Naxçıvana qədər bufer zona yaratmaq lazımdır" - Hərbi ekspert
Sentyabrın 5-i saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Hərbi ekspert Emin Həsənli Sun.Az -a bildirib ki, bu məsələni həll etməyin yeganə yolu Türkiyənin Suriyada etdiyi kimi Qazaxdan Naxçıvana qədər bufer zona yaratmaqdır.Əks halda Ermənistan öhdəlikləri yerinə yetirməyəcək və belə davam edəcək:

"Azərbaycan xalqı haqlı olaraq heç vaxt Ermənistana inanmayıb. 9 noyabr bəyannaməsindən sonra Ermənistanın üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcəyini zənn edilirdi. Lakin bir qrup şəxs, o cümlədən mən buna inanmırdıq. Hakimiyyətdə kim olursa-olsun, Ermənistanın terrorçu,işğalçı mahiyyəti dəyişmir. Onlar Rusiya, ABŞ, Fransadan asılıdırlar. Bu mərkəzlərin marağını yerinə yetirirlər. Bu məsələni həll etməyin yeganə yolu Türkiyənin Suriyada etdiyi kimi Qazaxdan Naxçıvana qədər bufer zona yaratmaqdır.Əks halda Ermənistan öhdəlikləri yerinə yetirməyəcək və belə davam edəcək. Ermənistan odla oynayır. Başına elə müsibətlər gələcək ki, mövcudluğu sual altında qalacaq".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
227 201 196 185 186 181

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.