Diablo

Diablo Xəbərlər 14-09-2024, 12:09

“BakıKart” tətbiqindəki pullar geri qaytarılacaq? – Rəsmi

“BakıKart” tətbiqindəki pullar geri qaytarılacaq? – Rəsmi
Artıq 1 aydan çoxdur ki, “BakıKart”ın mobil tətbiqində yaranan nasazlıq aradan qaldırılmayıb. Vətəndaşlar hesablarında olan pulların silinməsi ilə bağlı narahatlıq keçirirlər.

Take.az bildirir ki, baku.vs bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) ünvanlayıb. Qurumun mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, nasazlığın aradan qaldırılması ilə bağlı prosesin davam edir:

“BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik.

Qeyd edək ki, vətəndaşların hesabları və oradakı vəsait silinməyib. Tətbiq işə salındıqdan sonra hesablara yatırılan vəsaitdən istifadə etmək mümkün olacaq”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
198 157 183 198 183 167

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.