cabir

cabir Xəbərlər 14-09-2024, 14:44

Bakıda dələduzluq edən dörd nəfər saxlanıldı

Bakıda dələduzluq edən dörd nəfər saxlanıldı
Bakıda bir neçə nəfərə qarşı dələduzluq edilib. Sun.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı vaxtlarda iki nəfəri aldadan şəxslərin öz hesablarına 2900 və 5500 manat pul ödətdirməsi, bir nəfərin aldadılaraq hesabından 210 manatının çıxarılması, digərinin isə eyni üsulla 500 manatının alınması barədə polisə məlumatlar daxil olub.

Yasamal və Nəsimi rayonları ərazisində polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 32 yaşlı E.Niftəliyev, 32 yaşlı E.Həsənov, 46 yaşlı L.Vəliyeva və 32 yaşlı N.Mustafayeva müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
201 189 218 239 171 192

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.