Diablo

Diablo İdman 16-09-2024, 12:10

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət millisi uduzub, qadınlar heç-heçə edib

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət millisi uduzub, qadınlar heç-heçə edib
Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün V turun görüşlərini keçirib.

"Take.az" xəbər verir ki, kişilərdən ibarət yığmamız favorit göstərilən Hindistana uduzub - 1:3.

Aydın Süleymanlı ilə Rauf Məmmədov məğlub olub. Nicat Abasov və Şəhriyar Məmmədyarov heç-heçə oynayıb. 5 turdan sonra millimizin hesabında 8 xal var.

Qadınlardan ibarət Azərbaycan yığması Ukrayna ilə heç-heçə oynayıb. Görüş 2:2 hesabıyla yekunlaşıb. Günay Məmmədzadə məğlub olduğu halda, Gövhər Beydullayeva qələbəyə sevinib. Ülviyyə Fətəliyeva və Xanım Balacayevanın partiyası heç-heçə başa çatıb. Hazırda komandamızın aktivində 8 xal var.

Qeyd edək ki, kişilərdən ibarət yığmamız buna qədər Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib. Qadınlardan ibarət komandamız isə Sloveniya (3:1), Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub, Argentina ilə heç-heçə edib - 2:2.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
257 202 221 209 166 189

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.