cabir

cabir Məşhurlar 17-09-2024, 15:55

Məhkəmə Sevdanı izləyən şəxslə bağlı qərar verdi

Məhkəmə Sevdanı izləyən şəxslə bağlı qərar verdi
Müğənni Sevda Sanaliyeva videoaçıqlama yayaraq bir şəxsin onu izlədiyini və hədələdiyini deyib. İfaçının müraciətindən sonra həmin şəxs polis tərəfindən saxlanılıb. Sun.az bildirir ki, axşam.az-a açıqlama verən Sevda adını açıqlamadığı şəxslə bağlı məhkəmənin qərar çıxartdığını deyib:

"Müraciətimin səhəri mənə dəstək çıxıldı. Hətta nazirlikdən tapşırıldı, göstəriş verildi. Polislər əllərindən gələni etdilər. Yerlə-göy qədər razıyam. Şəxsi saxladılar və məhkəməyə çıxarıldı. Dəlil yetərsizliyindən həmin şəxs azadlığa buraxıldı. Məndən isə uzaqlaşdırılma qərarı verildi. Buna görə həmin insan mənim yaxınıma belə gələ bilmir. Artıq başım dincdir, problem yaşamıram. Buradan bütün yardım edənlərə, mediaya təşəkkür bildirirəm".

Qeyd edək ki, Sevda bir kişinin hər gün onun evinin yanına gəldiyini, onu izlədiyini və narahat etdiyini açıqlamışdı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
259 224 214 259 233 245

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.