cabir

cabir Xəbərlər 18-09-2024, 14:23

Nazir ona Xankəndidə vəzifə verdi

Nazir ona Xankəndidə vəzifə verdi
Xankəndi Şəhər Baş Pasport, Qeydiyyat və Miqrasiya Şöbəsinə yeni rəis təyin edilib. Sun.az modern.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Səbail Rayon 39-cu Polis Bölməsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Azər Quliyev tutduğu vəzifədən azad edilərək, Xankəndi Şəhər Baş Pasport, Qeydiyyat və Miqrasiya Şöbəsinin rəisi (baş inspektor) təyin olunub.

Qeyd edək ki, polis polkovnik-leytenantı Azər Quliyev uzun illər DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ), daha sonra Sabunçu Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
245 187 221 179 184 218

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.