Diablo

Diablo Texnologiya 20-09-2024, 17:30

Porsche-dən elektrik dövrünə meydan oxuyan yeni daxili yanma mühərriki ideyası!

Porsche-dən elektrik dövrünə meydan oxuyan yeni daxili yanma mühərriki ideyası!
Bugünkü elektrikli avtomobil fırtınasında Porsche, hər damcı yanacaqdan maksimum səmərəlilik əldə etmək üçün nəzərdə tutulmuş yeni daxili yanma mühərriki hazırlayıb.
Elektrikli avtomobillərin yüksəlişi ilə elektrikləşdirmə yarışının hökm sürdüyü bir dövrdə Porsche, daxili yanma mühərriklərində hələ də yeniliklər edilə biləcəyini ortaya qoyub. Stuttgart-da yerləşən şirkət, ənənəvi mühərriklərin iş prinsiplərini yenidən müəyyən edə biləcək patent almaq üçün ABŞ Patent və Ticarət Nişanları İdarəsinə müraciət edib. Porsche-nin kəşfinin mərkəzində, avtomobil sənayesində 100 ildən artıqdır hakim olan klassik 4 mərhələli dövrün cəsarətli bir variasiyası olan 6 mərhələli mühərrik dayanır. Bildiyiniz kimi, ənənəvi mühərrikdə dövr udma, sıxışdırma, güc və eqzozdan ibarətdir. Porsche-nin dizaynı isə buna 2 mərhələ daha əlavə edir.

Yeni dövr, udma-sıxma-güc, ardınca sıxma-güc-egzoz sıralaması ilə işləyir. Bu struktur, yanacağın hər damlasından maksimum səmərəlilik əldə edərək mühərrikin həm gücünü, həm də səmərəliliyini artırmağı vəd edir. Bu vizyonu həyata keçirmək üçün Porsche mühəndisləri, tamamilə yeni dirsəkli val dizayn ediblər. Bu dirsəkli val, 2 dairəvi quruluşun üzərinə oturur və pistonun hərəkət məsafəsini dəyişdirərək sıxma nisbətini tənzimləyir. Həmçinin, bu dizaynda 2 yuxarı və 2 aşağı ölü nöqtə var ki, bu da daxili yanma mühərrikləri üçün unikal bir xüsusiyyətdir. Porsche-nin inkişaf etdirdiyi texnologiyanın potensialı olduqca yüksəkdir. Ənənəvi bir mühərrikdə 4 vuruşdan yalnız biri güc istehsal edərkən, Porsche-nin sistemi bu nisbəti, 3 vuruşda bir güc istehsal etməyə yüksəldərək hava-yanacaq qarışığının daha əksiksiz şəkildə yanmasını təmin edir.

Lakin hər yenilik kimi, bu daxili yanma mühərriki fikri də bir sıra çətinlikləri özü ilə gətirir. Artan mexaniki mürəkkəblik, daha yüksək istehsal xərcləri və potensial etibarlılıq problemlərinə səbəb ola bilər. Performans və səmərəlilikdə əldə olunacaq üstünlüklərin bu texnologiyanın geniş şəkildə qəbul olunması üçün kifayət edib-etməyəcəyini isə zaman göstərəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
285 285 281 292 271 247

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.