Diablo

Diablo Mətbəx 21-09-2024, 12:00

Çiy Tərəvəzlərdən Hazırlanan Soyuq “Qaspaço” Şorbası

Çiy Tərəvəzlərdən Hazırlanan Soyuq “Qaspaço” Şorbası
Qaspaço, İspaniyanın cənub bölgəsində kəşf edilmiş, çiy tərəvəzlərdən hazırlanan soyuq şorba növüdür. Take.az dadlı şorba reseptini təqdim edir.

Çiy Tərəvəzlərdən Hazırlanan Soyuq “Qaspaço” Şorbasının tərkibi:
1 ədəd qırmızı şirin bibər
1 ədəd qırmızı soğan
kiçik kərəviz sapı
1 ədəd xiyar
2-3 ədəd qabığı soyulmuş pomidor
600 qr pomidor suyu
bir neçə budaq keşniş
duz
qırmızı bibər tozu
zeytun yağı
yarım xörək qaşığı balzamik sous
Çiy Tərəvəzlərdən Hazırlanan Soyuq “Qaspaço” Şorbasının hazırlanma qaydası:
İlk öncə pomidorun qabığını soyun. Pomidor qabığını ən asan soyulma qaydasını bu məqaləyə daxil olaraq oxuya bilərsiniz. Blenderin qabına qabığı soyulmuş pomidor, şirin qırmızı bibər, qırmızı soğan, kiçik kərəviz sapı, qabığı soyulmuş xiyar, bir neçə budaq keşniş, duz, qırmızı bibər tozu, zeytun yağı, balzamik sous və pomidor suyu töküb yaxşıca qarışdırın. Bir neçə dəqiqəyə hazır olan şorbanı kasaya töküb üzərini keşnişlə bəzəyib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
319 319 251 277 319 272

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.