cabir

cabir İdman 22-09-2024, 12:59

Messiyə görə o, ən yaxşı idmançıdır

Messiyə görə o, ən yaxşı idmançıdır
Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi ona görə ən yaxşı idmançının adını açıqlayıb. Sun.Az xəbər verir ki, futbolçunun sözlərini "SPORTF" "X" sosial şəbəkəsində dərc edib.

Belə ki, Messi keçmiş "Çikaqo Bullz" və ABŞ millisinin basketbolçusu Maykl Cordanı tarixin ən böyük idmançısı hesab etdiyini bildirib.

"Düşünürəm ki, idmana gəldikdə, Maykl Cordan ən böyükdür. "Sonuncu rəqs"ə baxdıqdan sonra ilhamlandım və onun kim olduğu haqqında daha çox öyrəndim", – Messi bildirib.

Qeyd edək ki, ESPN ekspertlərinin fikrincə, Cordan tarixin ən yaxşı basketbolçusudur. O, ikiqat Olimpiya çempionudur.(Qafqazinfo)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
316 237 225 201 229 194

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.