nzeyniyev

nzeyniyev özünü 😔 qəmli hiss edir. Şeirlər 23-09-2024, 20:49

Payız

Payız
Payız gəlib, hava biraz dumanlı
Pəncərəmdən seyr edirəm göyləri.
Çırpınan könlümün hayqırışları,
Boşa çıxır ürəyimin səyləri.

Yağış yağır dayanmadan bu yerə,
Şeh düşür boylanan gülə, çiçəyə..
Qərənfil sevincdən bülbülə döndü
Xəyalım, dönmədin niyə gerçəyə?

Dindirir budaq da yarpaq-yarpağı,
Səs verir səsinə xışıltısıyla.
Çəkilir ləpələr bir axşamçağı,
Dənizə uzağın pıçıltısıyla.

Torpağın bağrında cəsədlər yatır,
Damlalar məzarın üstə çilənir.
Saçları hicrandan ağarmış şair,
Allahdan bir ovuc ümid dilənir..


Nail Zeyniyev

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
383 349 312 294 365 267

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.