cabir

cabir Xəbərlər 23-09-2024, 11:10

Şimali Koreya son iki ayda ilk dəfə qısa mənzilli raket buraxıb

Şimali Koreya son iki ayda ilk dəfə qısa mənzilli raket buraxıb
Şimali Koreya iki aylıq fasilədən sonra şərq sahillərindən qısa mənzilli ballistik raketlər buraxıb. Sun.Az xəbər verir ki, Cənubi Koreyanın hərbi rəsmiləri bu addımı sərt şəkildə pisləyib və bunu "Koreya yarımadasında sülh və sabitliyi ciddi şəkildə təhdid edən açıq-aşkar təxribat" adlandırıblar.

Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın atdığı ən azı iki raketin təxminən 350 kilometr məsafə qət etdiyini və 100 kilometr yüksəkliyə çatdığını açıqlayıb.

Yaponiyanın baş naziri Fumio Kişida bu hücumu şiddətlə qınadıqlarını və Şimali Koreyaya rəsmi etiraz notası verdiklərini açıqlayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
204 205 197 200 184 175

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.