cabir

cabir Xəbərlər 24-09-2024, 12:45

Avtobuslar niyə gecikir? - AÇIQLAMA

Avtobuslar niyə gecikir? - AÇIQLAMA
Paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən bir neçə avtobusun hərəkət intervalında tez-tez gecikmələr müşahidə olunub.

Mövzu ilə bağlı Sun.Az -a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, avtobusların gecikməsinin ilkin səbəbi tıxac və sıxlıqdır:

"Bəzən isə daşıyıcı şirkətlər müəyyən saatlarda avtobusların yollarda sayını azaldır. Xəttə yetərincə avtobus ötürmür. Ümumilikdə, tıxacın və sıxlığın qarşısını almaq üçün hazırda avtobus zolaqları çəkilir. Bu zolaqlarından bir neçəsinin fəaliyyətə başlaması göstərir ki, ötən illərlə müqaisədə avtobuslar ünvana daha tez çata bilir.Gələcəkdə bütün yol xətlərində avtobusların sayının artırılması və düzgün intervalın müəyyənləşməsi nəzərdə tutulur. Bu da gecikmələrin qarşısını alacaqdır".

Nuray Nəzərova

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
173 210 191 167 188 186

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.