HASANLY

HASANLY İdman 29-09-2024, 14:05

Ronaldu hoteli üçün işçilər toplayır: Vakansiyalar və maaşlar açıqlandı

Ronaldu hoteli üçün işçilər toplayır: Vakansiyalar və maaşlar açıqlandı
Portuqaliyalı futbolçu Kriştianu Ronaldunun biznesi sürətlə böyüməkdə davam edir və o, hazırda Madriddəki hotelində işləmək üçün əməkdaşlar toplayır.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Marca" yazır.

Nəşr həmçinin vakansiyaların və onlara verilən maaşların ətraflı siyahısını paylaşıb.

Beləliklə də , "Pestana CR7" hotelinə menecer, xadimə, nəzarətçi, qapıçı, resepsionist və kiçik ofisiant lazımdır. Namizədlərdən yüksək səviyyədə ingilis dili (B2 və ya C1), bəzi hallarda orta və ya ali peşə təhsili tələb olunur.

Menecer vəzifəsi üçün maaş ayda 2300 (4366 manat), ofisiant vəzifəsi üçün 1300 avrodur (2468 manat).

İşçilərə pulsuz yemək, tibbi sığorta, obyektin xidmətləri üzrə güzəştlər və ildə 50 gün tətil verilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
258 249 259 237 216 223

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.